
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılış mərasiminə qatılıblar.
Daha sonra ölkə rəhbəri və həyat yoldaşı həmin ərazidə Zəngilan rayonunun Cahangirbəyli, eləcə də Cəbrayıl rayonunun Soltanlı kəndlərinə daimi yaşayış üçün qayıdan vətəndaşlarla bir araya gəliblər.
Görüş zamanı dövlət başçısı yeni evlərinə köçən sakinlərə mənzillərinin açarlarını təqdim edib.
