
Lider.com.az istinadən bildirir ki, vətəndaşlara qarşı külli miqdarda dələduzluq və saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkətinin həbsdəki rəhbəri Samir Yəhyazadə barəsində yeni qərar qəbul edilib.
Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, o, əvvəlcə ev dustaqlığına buraxılmışdı.
Sonradan prokurorluğun verdiyi apellyasiya protesti əsasında məsələyə yenidən baxılıb.
Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun protestini təmin edib və Samir Yəhyazadə məhkəmə zalında yenidən həbs olunub.
Xatırladaq ki, hüquq-mühafizə qurumlarının apardığı araşdırmalar nəticəsində ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 318-1.1 və 320.1-ci maddələri ilə ittihamlar irəli sürülüb.
Sözügedən cinayət işinin istintaqı Baş Prokurorluq tərəfindən aparılır.
Qeyd edək ki, Samir Yəhyazadənin həyat yoldaşı, həmin şirkətin təsisçisi və rəhbəri Nigar Fərhad da cari ilin avqust ayında saxlanılaraq barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi.
