
Lider.com.az istinadən bildirir ki, fərdi sahibkar Adilə Bayramova obyektində baş verən yanğın zamanı əmlakına və məhsullarına dəyən zərərin ödənilməsi tələbi ilə “Unibank” Kommersiya Bankı ASC-ni məhkəməyə şikayət edib.
Banka aidiyyətlə bağlı irəli sürülən etirazlar təmin olunmayıb və işin kommersiya məhkəməsinə aid edilib-edilməməsi məsələsi müzakirə edilib.
İddiaçı cavabdehdən 178 600 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir.
Mübahisənin əsasını təşkil edən obyekt sahibkarın fəaliyyət göstərdiyi mağaza olub və həmin yerdə baş verən yanğın nəticəsində məhsullar ilə əmlak zərər görüb.
Nəsimi Rayon Məhkəməsi mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edib.
Bank qərardan şikayət edərək işin ümumi məhkəmədə araşdırılmasını tələb etsə də, şikayət təmin olunmayıb və sənədlər Ali Məhkəməyə göndərilib.
Ali Məhkəmə tərəflərin dəlillərini araşdıraraq bankın şikayətini rədd edib və Nəsimi Rayon Məhkəməsinin qərardadını qüvvədə saxlayıb.
Bununla da, 178 600 manatlıq maddi ziyanın ödənilməsi ilə bağlı iddia üzrə baxış Bakı Kommersiya Məhkəməsində həyata keçiriləcək.
