22:04

Sadır Japarov dövlət başçımıza Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Sadır Japarov dövlət başçımıza Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Lider.com.az istinadən bildirir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Həmin məktub ölkə rəhbərinin rəsmi internet səhifəsində yayımlanıb.

Təbrikdə deyilir: "Zati-aliləri, Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm."

Müraciətdə qeyd olunub ki, bu mühüm hadisə uzunmüddətli münaqişəyə nöqtə qoymağa, eləcə də bölgədə qarşılıqlı anlaşmanı, sülhü və sabitliyi bərqərar etməkçün möhkəm zəmin formalaşdırmağa şərait yaradıb.

Sadır Japarov vurğulayıb ki, Cənubi Qafqazda baş verən əhəmiyyətli prosesləri və sülh quruculuğu istiqamətində görülən işləri nəzərə alaraq, Qafqaz dövlətlərinin müdrikliyi və liderlərin uzaqgörən siyasəti sayəsində bu coğrafiyanın sabitlik və əmin-amanlıq məkanına çevriləcəyinə qəti inanır.

Sonda Qırğız lideri dövlət başçımıza möhkəm sağlamlıq, ali dövləti vəzifəsində müvəffəqiyyətlər, qardaş azərbaycanlılara isə daimi tərəqqi və sülh diləyib.

Xəbər lenti

    Çox oxunanlar